Futbola sərmayəni 5 dəfə artırdı: "Maddi vəziyyəti yaxşı olduğu üçün bunu bacardıq"

19 Sentyabr 2020 16:00 Dünya futbolu 836
Futbola sərmayəni 5 dəfə artırdı: "Maddi vəziyyəti yaxşı olduğu üçün bunu bacardıq"

FIFA koronavirus pandemiyasına baxmayaraq, futbola daha çox vəsait ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konafransında deyib.

Funksioner bildirib ki, futbola qoyulan investisiya 5 dəfə artırılıb: "Kiçik virus bu sahədə çalışanların necə həssas və bir-birinə bağlı olduğunu göstərdi. Bu çətin günlərdə həmrəylik göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm.

İcraiyyə Komitəsinə təşəkkür etmək istəyirəm, operativ şəkildə apardığımız əməliyyat işini təmin edə bildik. 1,5 milyard ABŞ dolları məbləğində yardımı təsdiqlədik. FİFA-nın maddi vəziyyəti yaxşı olduğu üçün bunu bacardıq".

İnfantino futbola kömək etməli olduqlarını söyləyib: "Bu idman növünə sərmayəni 5 qat artıra bildik. İndiki vaxtda bizə faydalı olan vəsaitə qənaət etməyi bacardıq. Böhran FIFA-da deyil, futboldadır. Ona kömək etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı