COP29

AFFA milli komandaların məşqçilərinin maaşını kəsdi – SON DƏQİQƏ

22 Aprel 10:40 Dünya futbolu 1 344
AFFA milli komandaların məşqçilərinin maaşını kəsdi – SON DƏQİQƏ

AFFA-nın yeni rəhbərliyi gözlənilməz qərar verib.

Rövşən Nəcəfi prezident postuna gətirən federasiya milli komandaların məşqçilərinin əməkhaqqısını azaldıb.

Bu qərar sırf aşağı yaş qrupları üzrə yığmalarda (U-15, U-16, U-17, U-18, U-19) çalışanlara aiddir. Onlara bildirilib ki, məvacibləri 20 faiz aşağı salınıb. Qurum məşqçilərə bu qərarı belə izah edib:

«Vergi qanunvericiliyində edilən dəyişiklik AFFA-nın xərclərini artırıb. Vergi yükündən xilas olmaq üçün məvacibləri azaltmaq məcburiyyətindəyik».

Yenilik mayın sonunadək qüvvədə qalacaq. Bu komandaların məşqçilərinin AFFA ilə kontraktı, əslində, ötən il başa çatıb.

Sadəcə, federasiyada keçirilən seçkilərlə əlaqədar sözləşməsinin müddəti iki dəfə irəli çəkilib: biri yanvarda, biri də apreldə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"