Belçika Futbol Federasiyasından yeni qərar - Keçirilsin

28 May 16:56 Dünya futbolu 217
Belçika Futbol Federasiyasından yeni qərar - Keçirilsin

Ölkə çempionatında bu mövsümü vaxtından əvvəl başa çatdıran Belçikada kubokun finalının keçirilməsinə qərar verilib.

Sportinfo.az Belçika Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, çempion elan edilən "Brügge" ilə "Antverp" arasında olacaq həlledici görüş avqustun 1-i Brüsseldəki "Kral Baudouin" stadionunda keçiriləcək. Görüş azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, Belçika Liqası koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan edilib. Ölkə çempionatında yeni mövsümün avqustda başlanılması planlaşdırılır.

Xəbər Lenti
4 İyul 21:00 Azərbaycana vaxt verdi