“Real”ın ispaniyalı futbolçuları Qonsalo Qarsiya və Sezar Palasios karyeralarını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındırlar.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, hücumçu Qarsiya və yarımmüdafiəçi Palasios artıq “Fulhem” üçün tibbi müayinədən keçirlər.
London təmsilçisi yaxın vaxtlarda hər iki transferi rəsmiləşdirməyi planlaşdırır.
“Fulhem” 22 yaşlı Qarsiya və 21 yaşlı Palasios üçün ümumilikdə 42,5 milyon funt-sterlinq (34 milyon+8.5 milyon) ödəyəcək. Bu məbləğ təxminən 50 milyon avroya bərabərdir.
“Fulhem”in baş məşqçisi postuna bu yay Alvaro Arbeloa təyin olunub. İspaniyalı mütəxəssis daha əvvəl “Real”ın əsas və gənclər komandalarında çalışdığı üçün həm Qarsiyanın, həm də Palasiosun oyun keyfiyyətlərinə yaxından bələddir.
