"Sumqayıt" yay təlim-məşq toplanışında ilk sınaq matçına çıxdı.
Doğma meydanda "kimyaçılar" "Qəbələ"ni qəbul etdi.
1:1 bərabərliklə bitən oyunda yeni transfer Jeymes Almeyda iştirak edib.
25 yaşlı kiper ikinci yarıda oyuna daxil olub.
Düzdü, ciddi nə ilə yadda qalmadı.
Lakin buna rəğmən yerli publika braziliyalı legioneri çox isti qarşılayıb.
Oyunun gedişində "1 nömrə"yə dəstək olan fanatlar matçdan sonra onunla foto çəkdirmək üçün növbəyə düzülüblər.
Aşağıdakı linkə daxil olaraq həmin anları izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ
