İki postsovet təmsilçisinə uduzan “Zirə”ylə “Neftçi”dən fərqli olaraq, “Qarabağ”ın rəqibi nisbətən təhlükəli idi.
Ordu klubu olan SSKA elə “Qarabağ”a qarşı da ordu-müharibə taktikası ilə oynadı.
Hər iki matçda qurulan müdafiə xəttini yarmağa “Qarabağ”ın oyunçularının gücü çatmadı.
Yarımhəvəskar “Vestri” qarşısında suda balıq kimi görünən yeni transferlər bu dəfə susuz balıq kimi göründülər. Heyətdən önəmli adlar gedib, gələnlər isə hələlik o səviyyədə deyil.
Bəlkə də 2-3 aydan sonra Savo, Sefas və ya Muaddibdən bəh-bəhlə danışacağıq, amma hazırda onlar “Qarabağ”da fərq yaradacaq oyunçu kimi görünmürlər.
“Qarabağ” bu yenilənmiş heyətlə belə, bolqarları səfərdə məğlub edə bilərdi. Xüsusən Marko Yankoviçin əziyyətinə heyfslənməmək mümkün deyil.
180 dəqiqə qol vura bilmədiyin rəqib axırda gəlib penaltilər seriyası ilə turu adladı.
Ötən mövsüm Çempionlar Liqasında xarüqələr yaradan qapıçımız Mateuş Koxalski bu penaltilər seriyasna sadəcə qapıdan tamaşa elədi.
Avroliqayla vidalaşan “Qarabağ” yoluna Konfrans Liqasına davam edəcək. Rəqib isə Ukrayna və sovet futbolunun tarixini yazmış, amma indi əvvəlki əzəmətindən əsər-əlamət qalmayan “Dinamo Kiyev”dir.
İlk oyun avqustun 6-da “Dinamo”nun ev oyunlarını keçirdiyi Polşanın Lyublin şəhərində olacaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
