Ad dəyişən bölgə klubu ev oyunlarını hansı şəhərdə keçirəcək? - Son qərar verildi

21:20 I Divizion 308
Ad dəyişən bölgə klubu ev oyunlarını hansı şəhərdə keçirəcək? - Son qərar verildi

"Gəncəbasar" adı ilə yeni mövsümə start verəcək "Cəbrayıl" təlim-məşq toplanışında bir araya gəlib.

Baş məşqçi Elhad Nəziri kollektivi Göygöldə başına cəm edib.

Hazırlı məhz adıçəkilən şəhərdə baş tutacaq.

Təkcə hazırlıq yox, elə ev oyunları da burada keçiriləcək.

Bəli, daha əvvəl komandanın rəqiblərini Mingəçevirdə qəbul etməsi müzakirə mövzusu olub.

Hətta böyük ölçüdə təsdiqlənmişdi.

Lakin son müzakirələrdən sonra bir sıra məsələləri təkrar müzakirə edən rəhbərlik elə Göygöldə qalmağa qərar verib.

Qərarın dəyişməsində baş məşqçi Elhad Nəzirinin istəyi əsas götürülüb.

Yeni mövsümün startına qədər arenada müəyyən işlər görüləcək.

Xüsusilə süni ot örtüyü daha ideal vəziyyətə gətiriləcək.

Qalır təşkilatçı qurum olan Peşəkar Futbol Liqasının bölgə klubunun istəyinə müsbət cavab verməsi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti