“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri - “Tvente” və ya DAC 1904

17:00 Qarabağ 75
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri - “Tvente” və ya DAC 1904

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib.

Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alıb.

Püşkün nəticəsinə əsasən, rəqib səpələnməmişlər səbətindəki “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi olub.

“Qarabağ” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti