“Liverpul”la “Arsenal”a təklif olundu - Uruqvaylı müdafiəçi

18:20 Dünya futbolu 94
“Liverpul”la “Arsenal”a təklif olundu - Uruqvaylı müdafiəçi

Lissabon “Sportinq”inin və Uruqvay millisinin müdafiəçisi Maksimiliano Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Liverpul” və “Arsenal”a təklif olunub.

Portuqaliya təmsilçisi Arauxonun transferindən azı 51,5 milyon funt-sterlinq (təxminən 60,2 milyon avro) gəlir əldə etmək niyyətindədir. İngiltərənin hər iki klubu mümkün transferi dəyərləndirir.

Mənbənin iddiasına əsasən, “Sportinq” artıq Arauxonun gediş ehtimalını nəzərə alaraq, onun əvəzləyicisini axtarmağa başlayıb.

Uruqvaylı futbolçu ötən mövsüm bütün turnirlərdə 47 oyunda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Sportinq”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalı Arauxonun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti