15 oyuna 39 qol vuran hücumçu “Qarabağ”a gəlir - SON DƏQİQƏ

20:00 Qarabağ 496
15 oyuna 39 qol vuran hücumçu “Qarabağ”a gəlir - SON DƏQİQƏ

«Qarabağ» növbəti transfer çalışmasını bitirmək üzrədir.

Ağdam klubu Nigeriyanın Gənclər Liqasının bombardirini sıralarına qatır.

Söhbət Daniel Arierhidən gedir.

«Köhlən atlar» 18 yaşlı hücumçunu Azərbaycana dəvət edib. O, yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.

Afrikalı burada tibbi baxışdan keçəcək. Sağlıq durumunda hansısa problem aşkarlanmasa, adıçəkilən forvardla uzunmüddətli müqavilə imzalanacaq.

Daniel Arierhi ötən mövsüm liqada fırtına kimi əsib.

15 oyuna 39 qol vurmaqla bir çox klubun diqqətini çəkib. «Qarabağ» bu məsələdə daha cəlb tərpənib və gənc qolçuyla anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti