UEFA prezidenti sərt tənqid etdi: “Verdiyi vədləri yerinə yetirmədi”

18:40 Dünya futbolu 97
UEFA prezidenti sərt tənqid etdi: “Verdiyi vədləri yerinə yetirmədi”

UEFA, Canni İnfantinonun (FİFA-nın prezidenti) FİFA turnirlərinin kommersiya hüquqlarının özəl investorlara verilməsi ideyasından imtina etməsini müsbət qarşılayıb və bununla bağlı rəsmi bəyanat yayıb.

UEFA bildirib ki, yaxın vaxtlarda üzv assosiasiyalarla birgə işləyərək gələcəkdə bu cür təşəbbüslərin təkrarlanmaması üçün tədbirlər planı hazırlanacaq.

Bəyanatda həmçinin, vurğulanıb ki, futbolda gizli razılaşmalara yer olmamalıdır. UEFA, vəzifəyə başladığı zaman şəffaflıq vəd edən Canni İnfantinonu da sərt tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum bəyanatında FİFA rəhbərinin bu plandan geri çəkilməsini alqışlayaraq, “futbol satılmır” mesajını İnfantinoya çatdıran hər kəsə təşəkkür edib:

“FİFA-nın hazırkı rəhbərliyi təkcə UEFA-nın deyil, futbol ictimaiyyətinin bir çox nümayəndəsinin də etimadını itirib. İnfantino verdiyi vədləri yerinə yetirmədi.

Onun hazırladığı və həyata keçirməyə çalışdığı qeyri-şəffaf, pərdəarxası və şübhəli razılaşma şəffaflıq nümunəsi olmaqdan çox uzaq idi”.

Qurum sonda qeyd edib ki, FİFA-ya inamın bərpası istiqamətində işlər yeni başlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti