“O, mənim üçün oğul kimidir - Əla oğlandır, yüksək səviyyəli oyunçudur”

18:20 İngiltərə 140
“O, mənim üçün oğul kimidir - Əla oğlandır, yüksək səviyyəli oyunçudur”

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi “Çelsi”nin vingeri Mixail Mudrik barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis vaxtilə “Şaxtyor”da (Ukrayna) birgə çalışdığı ukraynalı futbolçu haqqında bunları deyib:

“Mudrik mənim üçün oğul kimidir. Mişa əla oğlandır, yüksək səviyyəli oyunçudur.

İnanıram ki, son iki ildə yaşadığı çətinliklərdən sonra bu mövsüm yaxşı çıxış edəcək. Ümid edirəm ki, “Tottenhem”ə qarşı oynamayacaq (gülür)”.

“Çelsi” iyulun 31-də Mudrikin antidopinq qaydalarını pozduğuna görə aldığı cəzanın ləğv edildiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti