Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında komandanın hücumçusu Neymarın çıxışı barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun davranışından razı qaldığını, yalnız fiziki hazırlığı ilə bağlı iradının olduğunu bildirib:
“Məni qıcıqlandıran yeganə məqam Neymarın turnirdən əvvəl daha yaxşı məşq edib ilk oyuna daha yaxşı formada gələ bilməməsi idi.
Bundan başqa, onun davranışı mükəmməl idi. O, bərpa prosesinə çox ciddi yanaşırdı, komandaya kömək edirdi, məşqlərdə isə son dərəcə ciddi və diqqətli idi”.
Neymar dünya çempionatında iki oyunda meydana çıxıb. O, qrup mərhələsində Şotlandiya yığması ilə görüşdə (3:0) və Norveç millisinə qarşı keçirilən 1/8 final matçında (1:2) 67-ci dəqiqədə əvəzedici kimi oyuna daxil olub.

