34 yaşlı keçmiş milli üzvü ABŞ-da məşqçiliyə başladı

26 Yanvar 2020 19:25 Dünya futbolu 553
34 yaşlı keçmiş milli üzvü ABŞ-da məşqçiliyə başladı

İtaliya yığmasının keçmiş yarımmüdafiəçisi Antonio Noçerino yeindən okeanın o tayına - ABŞ-a üz tutub.

Sportinfo.az xəbər verir ki, amma 35 yaşlı təcrübəli futbolçu "Orlando Siti"də oynamağa yox, işləməyə yollanıb.

Karyerasını zədə səbəbindən erkən - 2018-ci ildə başa vurmuş millinin sabiq üzvü 2016/2017-ci illər mövsümündə 51 dəfə formasını geyindiyi ABŞ klubunun U-15 komandasının baş məşqçisi təyin edilib. Noçerino eyni zamanda U-17 komandasında da baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirəcək.

İtaliya yığmasında 16 oyun keçirmiş yarımmüdafiəçi 2007/2008-ci illərdə "Yuventus", 2011/2016-cı illərdə isə "Milan"ın uğurları üçün çalışıb. Bundan başqa "Cenoa", "Palermo", "Torino", "Parma" və "Vest Hem"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti