Konfrans Liqasında ilk finalçı məlum oldu - “Fiorentina”

9 May 2024 01:30 Dünya futbolu 932
Konfrans Liqasında ilk finalçı məlum oldu - “Fiorentina”

Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “Fiorentina” Belçikada “Brügge”nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.

“Brügge” (Belçika) – “Fiorentina” (İtaliya) 1:1
Qollar: Vanaken, 20 – Beltran, 85-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da