COP29

Bu futbolçular Samir Abasova deyir, bizi “Neftçi”dən qov!

9 Noyabr 14:40 Dünya futbolu 5 420
Bu futbolçular Samir Abasova deyir, bizi “Neftçi”dən qov!

Samir Abasovun «Neftçi»yə dönüşündən dörd həftə keçib artıq.

Bu, 1 ay deməkdir.

«Neftçi» bu 1 ayda cəmi 1 qələbə qazanb. «Səbail»i 3:1 udandan bəri kormanda qalibiyyətə həsrətdir.

Jesse Sekidika penaltini qaçırmasaydı, «Sabah»a uduzacaqdılar. Bəxt üzlərinə xoş baxmalı, «Araz-Naxçıvan» önündə varlıq göstərə bilmədilər, uduzdular.

Amma axır dörd turda məğlubiyyətləri sıralayan «Şamaxı»ya güc gələ bilməmək…

«Neftçi» fiziki cəhətdən çatdırmır. Futbolçuların hazırlıq səviyəsi 90 dəqiqəni yüksək səviyyədə keçirməyə imkan vermir.

Uzaqbaşı, 55-60 dəqiqə tempi saxlaya bilirlər, sonra fiziki yetərsizlik öz sözünü deyir.

Amma onların baş məşqçiyə bundan artıq deyə biləcəyi söz də yoxdur daha. Komanda ruhunun olmamasına heç bir bəraət andı içə bilməz.

İlk dörd dəqiqədə 2 qol vurmuş «Neftçi» fasiləyədək üstünlüyü əlindən verirsə və ikinci hissədə də fərqlənməyi bacarmırsa, futbolçuların Samir Abasovun qarşısında başını yuxarı qaldırmağa haqqı olmamalıdır.

Belə kimsə edirsə, çox abırsız adamdır!

Bir-iki nəfər xaricində, bu oyunçuların «Neftçi» və özləri barədə fikri çox mənfidir.

«Neftçi»nin formasının dəyərini anlamırsansa, şəxsinə, karyerana, dünəninə, sabahına hbrmət elə, heç olmasa, bundan ötrü meydanda canını qoy!

Day bunu da eləmirsənsə, nə adam kimi adamsan, nə futbolçu kimi futbolçu.

Elə isə «Neftçi»də nə işin var? Səni niyə saxlasınlar ki?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi