
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunun “Əl-Fateh”lə oyunundan (2:1) danışıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyal matç ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Daha bir qələbə, daha bir qol. Gəlin eyni ruhda davam edək, “Əl-Nəsr”.
“Əl-Nəsr” hazırda 20 oyundan sonra 49 xalla Səudiyyə Ərəbistanı çempionatında ikinci pillədə qərarlaşıb.