Onları Azərbaycanın önünə Anri çıxaracaq? - Məşhur sima özü danışdı

11 Yanvar 2023 14:20 Dünya futbolu 473
Onları Azərbaycanın önünə Anri çıxaracaq? - Məşhur sima özü danışdı

Belçikanın məşqçisi Tyeri Anri yığmanı çalışdırmaq üçün yerli federasiyaya müraciət etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Sportinfo az "Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis bu məlumatları təkzib edib:

"Baş məşqçilik üçün Belçika Futbol Federasiyasına müraciət etməmişəm. Aramızda görüş də olmayıb. Həqiqəti söyləməyin vacib olduğunu düşünürəm".

Anri 2021-ci ildən Belçika millisində baş məşqçi Roberto Martinezin məşqçilər heyətində yer alırdı. R.Martinez isə ötən ay DÇ-2022-dən sonra istefaya göndərilib.

Anrinin bu istefadan sonra baş məşqçi olmaq üçün Belçika Futbol Federasiyasına müraciət etdiyinə dair xəbərlər yayılmışdı.

Həmçinin hazırda "Fatih Karagümrük"ü çalışdıran Andrea Pirlonun da adı Belçika millisi ilə hallanır.

Belçika Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar arasında Bakıdakı matç sentyabrın 9-da, Belçikadakı oyun isə noyabrın 19-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti