UEFA "Barselona" və "Real"ı bağışladı

28 Sentyabr 2021 12:00 Dünya futbolu 618
UEFA "Barselona" və "Real"ı bağışladı

UEFA Avropa Superliqası layihəsindən geri çəkilməyən “Real”, “Barselona” və “Yuventus”a qarşı sanksiyaları ləğv edib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Tanquerdi Palmeri məlumat yayıb. Avropanın ali futbol qurumunun təşkilatın əsas təsisçiləri olan sözügedən 3 klubu cəzalandırmayacağı bildirilib.

Həmçinin Avropa Superliqasının yaradılmasında iştirak edən, daha sonra isə geri çəkilən digər 9 kluba qarşı da heç bir sanksiya tətbiq edilməyəcək.

Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar.

Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. UEFA isə dəfələrlə həmin klubları cəzalandıracağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı