"Biz qorxmamalıyıq – Onlar daha çox risk edirdi"

13 İyun 2021 01:10 Dünya futbolu 458
"Biz qorxmamalıyıq – Onlar daha çox risk edirdi"

"Hesabı açsaq da, şansımızdan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Bakıda Uels yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis rəqibin çox keyfiyyətli komanda olduğunu bildirib. "Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı.

Şanslardan istifadə edə bilmədik. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq".

Petkoviç çətin qrupda düşdüklərini sözərinə əlavə edib: "İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq".

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti