"Bizə "yox" demədi, yaxşı söhbətimiz oldu, danışıqlar davam edir"

6 Mart 2021 18:40 Dünya futbolu 762
"Bizə "yox" demədi, yaxşı söhbətimiz oldu, danışıqlar davam edir"

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyunları üçün İsveç millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu bu təklifə müsbət cavab verəcək.

Yığmanın baş məşqçisi Yanne Andersson təcrübəli oyunçu ilə görüşdüyünü söyləyib: "İbrahimoviç bizə "yox" demədi. Yaxşı söhbətimiz oldu. Danışıqlar davam edir. Necə olacağını martın 16-da öyrənəcəksiniz".

İsveç millisi martın 25-də Gürcüstanı, 31-də Estoniyanı qəbul edəcək. Komanda martın 28-də Kosovonun qonağı olacaq. Zlatan İbrahimoviç 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra millidəki karyerasını bitirdiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti