“Mançester Yunayted” Poçettino ilə müqavilə bağlamaqda maraqlıdır

23 May 2024 10:00 Dünya futbolu 1 108
“Mançester Yunayted” Poçettino ilə müqavilə bağlamaqda maraqlıdır

Avropanın top-klubları “Çelsi”nin keçmiş baş məşqçisi Maurisio Poçettino ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu haqda “The Standard” məlumat yayıb.

Nəşrin məlumatına görə, Tomas Tuçelə əvəzləyici axtaran “Bavariya” argentinalı çalışdırıcını dəvət edə bilər. Bundan əlavə, “Mançester Yunayted” Poçettino ilə müqavilə bağlamaqda maraqlıdır.

Maurisionun rəhbərliyi altında “Çelsi” İngiltərə çempionatının turnir cədvəlini altıncı pillədə başa vurub. Argentinalı 2023-cü ilin yayından komandaya rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?