“Qarabağ”dan ayrıldı, İtaliyadan daha bir komandanın maraq dairəsinə düşdü

13:20 Qarabağ 728
“Qarabağ”dan ayrıldı, İtaliyadan daha bir komandanın maraq dairəsinə düşdü

Yay fasiləsində “Qarabağ”dan ayrılan Emmanuel Addai daha bir klubun maraq dairəsinə düşüb.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi “Leççe” qanalı vingerlə danışıq aparır.

Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addaini əsas namizədlərdən biri hesab edir.

24 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi başa çatdığından, azad agent statusu alıb. Bu səbəbdən transfer haqqı ödənilmədən heyətə qatıla bilməsi onu bir çox klub üçün cəlbedici seçimə çevirib.

Hücumçu ilə A Seriyasının digər təmsilçisi “Bolonya” da yaxından maraqlanır. Hətta bir ara tərəflərn 3 illik müqaviləni razılaşdırdığı yazılırdı.

Onun Azərbaycandakı uğurlu çıxışı Avropanın müxtəlif klublarının diqqətini cəlb edib.

Emmanuel Addai ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti