İngiltərənin Meksikanı məğlub edərək 1/4 finala yüksəldiyi oyundan VİDEO

İngiltərənin Meksikanı məğlub edərək 1/4 finala yüksəldiyi oyundan VİDEO

İngiltərə dünya çempionatının 1/8 final mərhələsində Meksika yığmasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Mexikoda keçirilən qarşılaşmada İngiltərənin qollarını Cud Bellinqem (36 və 38-ci dəqiqələr) və Harri Keyn (60-cı dəqiqə, penalti) vurublar.

Meksika millisinin heyətində isə Xulian Kinones (42) və Raul Ximenes (69-cu dəqiqə, penalti) fərqləniblər.

Matçın 54-cü dəqiqəsində İngiltərə yığmasının müdafiəçisi Carrell Kuansa kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Moskvanın Lokomotiv Moscow klubunda çıxış edən Meksika millisinin müdafiəçisi Sezar Montes oyuna start heyətində başlayıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən görüşün başlanğıcı bir saat gecikdirilib.

Bu nəticə ilə Meksika millisi dünya çempionatını tərk edən ikinci ev sahibi komanda olub. Daha əvvəl Kanada yığması 1/8 finalda Mərakeşə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. ABŞ millisi isə Belçikaya qarşı oyununu iyulun 7-də keçirəcək.

İngiltərə millisi ardıcıl üçüncü dəfə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. Komanda 2018-ci ildə turniri dördüncü pillədə başa vurub, 2022-ci ildə isə 1/4 finalda mübarizəni dayandırıb.

Meksika - İngiltərə 2:3
Qollar:
Xulian Kinyones, 42, Raul Ximenez, 69-pen. – Cud Bellinqem, 36 38, Harri Keyn, 60-pen

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti