"Sabah" püşkdə bizə düşə biləcək ən çətin rəqiblərdən biri idi”

13:40 Sabah 146
"Sabah" püşkdə bizə düşə biləcək ən çətin rəqiblərdən biri idi”

“The New Saints”in (TNS) baş məşqçisi Kreyq Harrison (Craig Harrison) Çempionlar Liqasının yeni mövsümü və komandasının Avropa hədəfləri ilə bağlı açıqlama verib.

Sportinfo.az Uels Futbol Federasiyasının saytına xəbər verir ki, 48 yaşlı mütəxəssis ötən mövsüm Azərbaycan çempionu "Sabah"ın gücünün fərqində olduğunu bildirib:

"Düşünürəm ki, "Sabah" püşkdə bizə düşə biləcək səpələnməmiş komandalar arasında ən çətin rəqiblərdən biri idi. "Qarabağ"ın hegemonluğunu qırmaq heç də asan deyil.

İlk oyunu səfərdə keçirməyimiz bizə müəyyən üstünlük verir. Çünki cavab matçında nəyin lazım olduğunu biləcəyik.

Komandaları izləyə bilərsiniz, amma onlarla üz-üzə gəlməyincə əsl güclərini hiss etmək mümkün olmur. Ən vacibi odur ki, cavab oyunu öncəsi mübarizədə qalaq.

Bizim təcrübəli futbolçularımız var və onlar belə oyunlarda nə etməli olduqlarını yaxşı bilirlər".

"Sabah" - TNS matçı iyulun 7-də keçiriləcək və yerli vaxtla saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti