“Mançester Siti” dünya çempionatını qazandı - VİDEO

23 Dekabr 2023 01:50 Dünya çempionatı 285
“Mançester Siti” dünya çempionatını qazandı - VİDEO

“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.

“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb.

27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb.

88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.

Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"