Əlavə maliyyə tapılmır – Təxirə salındı

16 İyul 2020 16:42 Digər növlər 567
Əlavə maliyyə tapılmır – Təxirə salındı

2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçirilməsi planlaşdırılan Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salınıb.

Sportinfo.az Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, Seneqal və IOC yarışın 2026-cı ildə keçirilməsinə dair razılığa gəliblər.

Turnirin vaxtının dəyişdirilməsinin başlıca səbəbi Toki-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasıdır.

Belədə iki yarış arasında az vaxt qalır ki, bu da pandemiyanın yaratdığı böhran vəziyyətində IOC, Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalar üçün əlavə maliyyə vəsaiti tələb edir.

2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib. Azərbaycan idmançıları yarışda 7 medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!