Bakıda daha bir yarış ləğv olundu - Gimnastika üzrə

14 Mart 2020 17:10 Digər növlər 549
Bakıda daha bir yarış ləğv olundu - Gimnastika üzrə

Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir baş tutmayacaq.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Beynəlxalq turnirdə gənc və daha kiçik yaş qruplarından olan gimnastların iştirakı planlaşdırılırdı. Daha öncə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM