Varezedə keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar

27 İyul 03:50 Digər növlər 374
Varezedə keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki idmançı təmsil edəcək.

Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.

İiyulun 31-dən avqustun 2-nə qədər təşkil olunacaq turnirdə komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!