5 Azərbaycan rekordu!

28 May 00:10 Digər növlər 783
5 Azərbaycan rekordu!

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində son yarış gününə start verilib.

Sportinfo.az xəbər verir ki, turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın atlet qeydiyyatdan keçib.

Bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan atletlər çıxıblar. Maxmut Kadırov toplam 256 kq (118+138) nəticə ilə qızıl medala layiq görülüb.

Gümüş medal toplam 254 kq (114+140) nəticə göstərən Turan Əliyevə, bürünc medal isə toplam 236 kq (111+125) nəticə göstərən Nihat Vəliyevə qismət olub.

Çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsi daha maraqlı alınıb. Toplam 307 kq (136+171) çəkinin öhdəsindən gələn Ravin Alməmmədov qızıl medala sahib çıxıb.

Toplam 258 kq (115+143) nəticə göstərən Hüseyn Heydərov gümüş, toplam 228 kq (105+123) nəticə göstərən Nicat Babayev isə bürünc medala layiq görülüb.

Ravin Alməmmədovun nəticə əlamətdar olub. Onun birdən qaldırmada ram etdiyi 136 kq yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kq və toplamdakı 307 kq nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordudur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu