Bakıda "ustad dərsləri" keçəcək - Türkiyənin məşhur gimnastı

4 Noyabr 2024 18:20 Digər növlər 433
Bakıda "ustad dərsləri" keçəcək - Türkiyənin məşhur gimnastı

Türkiyənin məşhur gimnastı, idman gimnastikası üzrə dünya çempionatının (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər Bakıda "ustad dərsləri" keçəcək.

Bu barədə Sportinfo.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbir dekabrın 6-da Milli Gimnastika Arenasında, bir gün sonra isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində gerçəkləşəcək.

İlk olaraq klublar, ardınca isə Azərbaycan millisi üçün "ustad dərsləri" təşkil olunacaq.

İntensiv proqram zamanı iştirakçılar Əhməd Öndərin məşq metodikası, texnikası və dünya səviyyəsindəki təcrübələrindən faydalanacaq.

"Ustad dərsləri" həm gimnastlar, həm də bu sahəyə yeni başlayanlar üçün nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”