COP29

İdman naziri  bu dəfə AÇIQLAMA VERDİ ki…

20 Oktyabr 02:50 Digər növlər 635
İdman naziri  bu dəfə AÇIQLAMA VERDİ ki…

Gənclər və idman naziri Fərid Qayıbov ilk dəfə işğaldan azad olunmuş Füzuli şəhərində keçirilən reqata barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, daha əvvəl Qarabağ bölgəsində beynəlxalq turnirlərin keçirildiyini bildirib:

“Reqata ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Sevindirici haldır ki, son bir həftə ərzində Azərbaycanda iki böyük beynəlxalq yarış - "TeamGym" üzrə 15-ci Avropa çempionatı və "Mingəçevir Reqatası" baş tutur.

Bu da ölkəmizdə idmanın ildən-ilə inkişafının göstəricisidir. Hər kəs buradadır.

Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər. Ümid edirik ki, gələcəkdə bu reqataya qatılan idmançıların sayında artım olacaq.

Bilirsiniz ki, Bakı 2026-ci ildə dünyanın idman paytaxt seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi