Azərbaycan birinciliyində rekord sayda iştirakçı olacaq - VİDEO

18 Fevral 03:00 Digər növlər 776
Azərbaycan birinciliyində rekord sayda iştirakçı olacaq - VİDEO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən 23-24 fevral tarixlərində Azərbaycan birinciliyi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, turnir Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparacaq. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord idmançı sayıdır.

Qaliblər diplom və medallarla mükafatlandırılacaq. Eyni zamanda fərqlənən idmançılar mayda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.

AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək, bununla da gələcəkdə güclü milli komanda formalaşdırmaqdır.

Bu məqsədlə il ərzində yeniyetmə və gənclər arasında bir neçə ölkədaxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"