Vüqar yaponu 20 saniyəyə nokauta saldı və qalib gəldi - VİDEO

1 Aprel 2023 11:00 Digər növlər 859
Vüqar yaponu 20 saniyəyə nokauta saldı və qalib gəldi - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.

Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.

Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız