Mədət Quliyev iclas keçirdi, baş katib dəyişdi - FOTOLAR

15 Yanvar 2022 01:00 Digər növlər 794
Mədət Quliyev iclas keçirdi, baş katib dəyişdi - FOTOLAR

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi vəzifəsində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, baş katib Fərhad Əliyev başqa işə keçməsi ilə əlaqədar postunu tərk edib.

Bu vəzifəyə İcraiyyə Komitəsi üzvləri arasında səsvermə nəticəsində yekdilliklə Elnarə Musayeva gətirilib.

AzVİF prezidenti Mədət Quliyevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin növbədənkənar iclasında yeni idman direktoru, ukraynalı mütəxəssis Oleq Berezovskini təbbir iştirakçılarına təqdim edilib.

Toplantıda 2022-ci ildə görülməsi planlaşdırılan məsələlər müzakirə edilib, məşqçilərin tədris prosesinin təkmilləşdirilməsinə, idmançıların təlim-tərbiyəsinə, onların ictimaiyyət arasında davranış qaydalarına və təhsil müəssisələrində davamiyyətə riayət etmələrinə xüsusi diqqət yerilmələrinə və qeyd olunan məsələlərin plana salınmasına dair federasiya prezidentinin tapşırıq və tövsiyələri dinlənilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”