"Azərbaycandan çağırdılar, imtina etdim – Ən əsas səbəb bu idi ki...”

8 Dekabr 2021 01:20 Digər növlər 687
"Azərbaycandan çağırdılar, imtina etdim – Ən əsas səbəb bu idi ki...”

"Hələ 2008-ci ildə Azərbaycan Gimnastika Federasiyasının baş katibindən yığma komandanı Pekin Yay Olimpiya Oyunlarına hazırlamaq üçün dəvət almışdım.

Bu, Azərbaycana ikinci səfərim idi. İlk səfərim 2007-ci ildə Bolqarıstan millisi ilə Bakıdakı Avropa çempionatına təsadüf etmişdi".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində deyib.

O, xaricdə işləmək üçün ilk dəvətlərdən imtina etdiyini xatırladıb:

"Azərbaycanda qızlara bir həftəlik məşq keçdikdən sonra komandada qalmağa və onları olimpiadaya aparmağa çağırdılar. Lakin mən həmin vaxt imtina etdim.

Bir neçə səbəbim var idi. Ən əsası isə bu idi ki, heç vaxt xaricdə işləməyə can atmırdım.

Digər tərəfdən, həmin vaxt yetirmələrimdən ikisi Bolqarıstan millisinin heyətində İtaliyanın Turin şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırdılar.

Üstəlik, "Levski" klubunun gimnastları ilə işləyirdik. Bütün bunlara görə dəvətdən imtina etdim. Bir həftə sonra məlumat aldım ki, Azərbaycan yığması olimpiadaya Sofiyada hazırlaşmaq istəyir.

Beləliklə, Gerena şəhərində çalışmalara başladım. Paralel şəkildə hər iki ölkənin yığması ilə işləyirdim.

Avropa çempionatında güclü çıxış etdik. Azərbaycanın iki finalı oldu, olimpiadada isə çoxnövçülükdə finala yüksəldilər".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"