Azərbaycan gimnastları "Turin Acro Cup”da 3 qızıl, 1 gümüş medal qazandı - FOTOLAR

8 İyul 2024 15:20 Digər növlər 1 233
Azərbaycan gimnastları "Turin Acro Cup”da 3 qızıl, 1 gümüş medal qazandı - FOTOLAR

İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi cütlüyü, Nəzrin Zeyniyeva, Anahita Bashiri, Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu turnirdə birinci yeri tutub.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun yer aldığı kişi qrupu gümüş mükafatla kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq