Cüdoçulardan bir gündə 6 medal

16 Fevral 2020 15:25 Cüdo 574
Cüdoçulardan bir gündə 6 medal

İspaniyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı davam edir.

Sportinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə millimiz hesabına daha altı medal yazdırıb.

Oğlanların mübarizəsində Sahib Babayev (50 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunu qazanıb. Bu çəkidə yarışan İslam Rəhimov və 55 kq çəki dərəcəsində mübarizə aparan Samir Piriyev yalnız finalda uduzaraq gümüş medal alıb. 55 kq-da ölkəmizi təmsil edən Qədir Hüseynov bürünc medala sahib olub. Qızların yarışında isə Səbinə Əliyeva (48 kq) gümüş, Səbinə Qədirova (52 kq) bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. Yarışda 23 ölkədən 500-ə yaxın cüdoçu mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti