Bu komandanın "12-ci bəlası" - İddiasız olsa, stadiona kimsə gəlməz

19 Fevral 10:40 Cüdo 510
Bu komandanın "12-ci bəlası" - İddiasız olsa, stadiona kimsə gəlməz

Fevralın əvvəlində Sumqayıtda köhnə stadionu yenidən açdılar.

«Mehdi Hüseynzadə» tamamilə fərqli görkəmdə sumqayıtlılara göz vurdu.

Bu gülümsəmə «Sumqayıt»a gözəl qələbə qazandırdı. Samir Abasovun, özü demiş, tamada kimi iştirakçısı olduğu oyunda «Neftçi»yə 2:1 hesabıyla qalib gəldilər.

Dünən bu gözəl məkanda ikinci oyun keçirildi. Sumqayıt «Turan Tovuz»u qarşılamadı.

Açılış matçındakı ab-havadan, bayram əhval-ruhiyyəsindən, dolu tribunalardan bir əsər görmədim.

Mən buna dərindən təəssüf edirəm. Onminlik stadiona vur-tut 1400-1500 azarkeşin toplaşması qəbullana bilməyəcəyim bir fakt, hadisədir.

Belə olmaz, qətiyyən olmaz!

azarkeşinin «Sumqayıt»dan bu tezliklə əl çəkməsi, komandanı tək buraxması böyük qəbahətdir.

Turnir cədvəlinin ikinci yerində gedən, avrokuboklara vəsiqə şansı yüksək sayılan futbolçulara bu cür barmaqarası yanaşma futbol şəhərinin əhlinə yaraşmadı.

İki-üç manat verib, «Sumqayıt»ın yanında olmayan azarkeş ayıb etdi, o, sabah Samir Abasovun, oyunçuların üzünə necə baxacaq?

Tərəfdar saydıqlarından etinasız münasibət görən «Sumqayıt»lı futbolçuları mən dünənki zəif oyunundan dolayı qınamıram.

Çempionatda işlər yaxşı gedərkən bunlar belə tövr sərgiləyirlər, komanda iddiasız olsa, stadiona üç-beş nəfərdən başqa kimsə gəlməz ki…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"