Elxan Məmmədov və baş məşqçi Sadıq Sadıqova hesabat verdi

14 İyun 2021 09:20 Cüdo 910
Elxan Məmmədov və baş məşqçi Sadıq Sadıqova hesabat verdi

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Şahdağda təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandanın üzvləri ilə görüşüb.

Cüdo Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, əvvəlcə yığmanın baş məşqçisi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədov gələn ay Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat veriblər.

Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Hər iki mütəxəssis, həmçinin milli üzvləri olimpiya oyunlarında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara gələcək nüfuzlu yarışda uğurlar arzulayıb.

Cüdoçular Qusardan sonra Bakıda, Xorvatiyada və Rusiyada da təlim-məşq toplanışları keçəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı