Azərbaycan yığmasının 7-ci üzvü də bu işin öhdəsindən gəlmədi

7 May 2021 18:20 Cüdo 596
Azərbaycan yığmasının 7-ci üzvü də bu işin öhdəsindən gəlmədi

Bu gün Azərbaycanın son təmsilçisi Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqədə mübarizə aparıb.

Sportinfo.az xəbər verir ki, üçüncü yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizelə (Slovakiya) qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.

Daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı