“Qəbələ”ni darmadağın etdilər, “ Milan“a “dağ çəkdilər“, Avropanın ən güclüsü oldular

23 Aprel 12:40 Çempionlar Liqası 1 528
“Qəbələ”ni darmadağın etdilər, “ Milan“a “dağ çəkdilər“, Avropanın ən güclüsü oldular

”Olimpiakos” UEFA Gənclər Liqasının qalibi olub.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyadan “Milan”i 3:0 hesabı ilə məğlub edib.

Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.

Matç İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.

qebeleni-mubarizeden-kenarlasdirdilar-avropanin-en-guclusu-oldular

“Olimpiakos” Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində Azərbaycan çempionu “Qəbələ” ilə qarşılaşmış və hər iki oyunda darmadağına sevinmişdi.

Yunanlar təmsilçimizi səfərdə 3:0, öz meydanlarında 4:0 hesabıyla yenmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti