Azərbaycan millisi ikinci oyunda Latviyaya uduzdu

5 Yanvar 03:00 Voleybol 1 196
Azərbaycan millisi ikinci oyunda Latviyaya uduzdu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki,Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

Yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu