Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının 5-ci turunda rəqibi olan “Napoli” dünən A seriyasının 12-ci turunda evdə “Atalanya”ya 3:1 hesabı ilə qalib gəlib.
Hazırda komanda 25 xalla lider olsa da, 24 xala malik ən yaxın 3 izləyicisi ("İnter", "Roma", "Bolonya") ondan 1 oyun az keçirib.
İtaliya mediası yazır ki, “Napoli” ardıcıl aldığı zəif nəticələrdən sonra fasilədən güclənmiş şəkildə qayıdıb və “Atalanta”ya qarşı inamlı qələbə qazanıb.
Baş məşqçi Antonio Konte oyundan sonra keçirilən mətbuat konfransında komandasının performansından razılığını gizlətməyib. O bildirib:
“Qələbədən və onu necə qazandığımızdan məmnunuq. İlk hissədə yüksək temp nümayiş etdirdik, ikinci hissədə də eyni ritmi qorumağa çalışdıq.
Uduzan komanda təbii olaraq irəli çıxır, biz isə bəzi epizodlarda topu daha yaxşı saxlaya bilərdik. Amma ümumilikdə çox güclü rəqibə qarşı vacib qələbə qazandıq.
“Atalanta” Marseldə böyük uğura imza atmışdı. Bu axşam “Maradona” stadionu tam enerji ilə dolu idi”.
Son günlər mətbuatda komandadakı mənfi atmosferin yaranması iddiaları bağlı Konte deyib:
“Kənardan deyilənlər daha çox narahatlıq yaradır. Mənim futbolçularla münasibətim çox açıq və səmimidir.
Həmişə bir-birimizə doğru olanı deyirik, çünki mən maskasız bir insanam. Bunu bəziləri bəyənmir, amma mənə hər zaman dürüst olmağı öyrədiblər.
Media danışsın, biz isə işimizə davam etməliyik. İstirahətə gəldikdə… Konte sonda qısa da olsa noyabrın 25-də Neapolda “Qarabağ”a qarşı keçiriləcək oyun barədə də danışıb:
“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır. Enerjimizi bərpa edib, yeni qarşılaşmaya yaxşı hazırlaşmalıyıq”.

