“O, “Çelsi”ni Bakıda utancverici məğlubiyyətdən xilas etdi” - FOTOLAR

9 Noyabr 23:45 Çempionlar Liqası 122
“O, “Çelsi”ni Bakıda utancverici məğlubiyyətdən xilas etdi” - FOTOLAR

Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşan “Çelsi”nin Bakıda 2:2-lik heç-heçə etməsi İngiltərədə təəccüb yaradıb.

Sportinfo.az xəbər verir ki, İngiltərənin məşhur mətbuat orqanları bu oyuna birmənalı yanaşmayıb.

Onların əksəriyyətinin nəticədən narazılığını oyun barədə yazılan yazıların başlıqlarında görmək mümkündür.

Həmin başlıqları təqdim edirik:

“The Sun”: “Qarnaço hesabı bərabərləşdirərək “mavilər”i zəif rəqibə qarşı utandırıcı məğlubiyyətdən xilas edib”.

“Daily Mail”: “Mavilər” zəif rəqiblə heç-heçə ilə kifayətləndi”.

“The Guardian”: “Qarnaço “Çelsi”ni şok məğlubiyyətdən xilas etdi”.

“The Telegraph”: “Qarnaço “Çelsi”ni “Qarabağ”a utancverici məğlubiyyətdən xilas etdi”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 20:00 Çək və bizə göndər!