“Napoli” - “Qarabağ” oyunu üçün vauçerlər neçəyə satılır?

“Napoli” - “Qarabağ” oyunu üçün vauçerlər neçəyə satılır?

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını “Stadio Diego Armando Maradona”da izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün vauçerlər satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.

Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışa çıxarılıb.

Biletlərin qiyməti: 110 AZN.

Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

Azarkeşlərimiz üçün “Stadio Diego Armando Maradona”da 2480 yer ayrılıb.

Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.

"Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı