AFFA Premyer Liqa klubları ilə onlayn toplantı keçirdi

22 Noyabr 2025 08:40 Premyerliqa 738
AFFA Premyer Liqa klubları ilə onlayn toplantı keçirdi

AFFA tərəfindən Premyer Liqada çıxış edən klublarının lisenziyalaşdırma menecerləri və akademiya rəhbərləri ilə onlayn görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasın əsas mövzusu Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi olub.

Bu proses mahiyyət etibarilə, klubların lisenziyalaşdırılması qaydalarında əks olunan tələblərin daha səmərəli icrasını təmin edən əsas mexanizm kimi təqdim edilib.

Görüşdə AFFA rəhbərliyi və müvafiq struktur bölmələrinin nümayəndələri – baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəisi Seyran Kərimli, şöbənin uşaq-gənclər futbolu üzrə əlaqələndiricisi, məşqçi-koordinator Sərxan Hüseynov və Maliyyə departamentinin maliyyə nəzarəti şöbəsinin rəisi Rəşad Babayev iştirak ediblər.

Tədbirdə akademiyaların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, lisenziyalaşdırma prosesinin tələblərinə uyğunluğun artırılması və klublara metodiki dəstək mexanizmləri barədə geniş məlumat verilib.

Görüşün sonunda iştirakçı klubların nümayəndələri ilə fikir mübadiləsi aparılıb və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR