Qurban Qurbanov: “Kiminsə işinə qarışmaq istəmirəm, belə şeylərə çox baxmıram” - VİDEO

09:20 Qarabağ 54
Qurban Qurbanov: “Kiminsə işinə qarışmaq istəmirəm, belə şeylərə çox baxmıram” - VİDEO

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində onunla bağlı hazırlanan səhnəciyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o bu haqda jurnalistin sualını cavablandırarkən danışıb.

“Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm”, - deyə Qurban Qurbanov bildirib.

“Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 17:50 Çək və bizə göndər!
21 Noyabr 08:30 Elçinin nə problemi var?