«Qarabağ»ın hücumçu Nəriman Axundzadə daha bir təklif alıb.
Ona növbəti dəvət Asiyadan gəlib.
Səudiyyə Ərəbistanının birinci liqasında çıxış edən klublardan biri lənkəranlı gənclə təmasa qurub.
Nəriman bu barədə millidəki komanda yoldaşlarını məlumatlandırıb. 21 yaşlı forvard bildirib ki, ərəblər onunla anlaşmağa çox həvəslidir və əla müqavilə şərtləri irəli sürür.
Axundzadə bu təklifə biganə qala bilmədiyini deyib.
«Qarabağ» Nəriman Axundzadənin yeni transfer qiymətini müəyyənləşdirib.
Onu transfer etmək istəyən klub «köhlən atlar»a 2,5 milyon avro ödəməlidir.
Ağdam təmsilçisi menecerləri bu barədə bilgiləndirib. Bildirilib ki, bu, ən aşağı qiymətdir və güzəşt olmayacaq.
Onlar «köhlən atlar»la sözləşməsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı bilgilər alıblar.
SPORTİNFO.AZ

