Azərbaycanda “Qarabağ” kimi 4 komanda olmasa... VİDEO

23 Noyabr 2025 12:20 Milli komanda 829
Azərbaycanda “Qarabağ” kimi 4 komanda olmasa... VİDEO

Millidən nə uğur gözləyə bilərik?

Vaxtilə ölkənin əsas yığmasının formasını geyinmiş, hazırda isə məşqçilik fəaliyyəti ilə məşğul olan Cavid Hüseynov çıxış yolunu göstərib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» barədə danışıb.

Bildirib ki, bunun üçün Premyer Liqanın səviyyəsi qalxmalı, ən azı 4 komanda «Qarabağ»la rəqabət aparmağa çalışmalıdır.

Keçmiş yarımmüdafiəçinin fikrincə, çempionatın digər iştirakçıları Ağdam klubunun nəticələrini təkrarlamaq istiqamətində iş görməsə, milli üzləşdiyi çətin vəziyyətdən qurtulmayacaq.

Hüseynov qeyd edib ki, son vaxtlar yığmaya çağırılan futbolçuların əksəriyyəti öz klublarında oyun praktikası qazanmır.
Verlişin aparıcısı Ceyhun Rzayev isə bir maraqlı məqama diqqət çəkib. O, dünya çempionatının seçmə mərhələsinin son turunun Fransa ilə matçında

(1:3) «Qarabağ»dan vur-tut 2 oyunçunun meydana çıxdığını xatırladıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi